Altay Respublikasında buzlaq çəhrayı rəngə boyandıbackend

Altay Respublikasında buzlaq çəhrayı rəngə boyandı

“Altay Respublikasında kütləvi yosun çiçəklənməsi səbəbindən buzlaq çəhrayı rəngə boyanıb”.

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti yayıb.

“Altay dağlarında Aktru buzlaqları qrupunu tədqiq edən Tomsk Dövlət Universitetinin alimləri bu yaxınlarda apardıqları ekspedisiya zamanı Vodopadnı buzlağında nadir bir fenomen – kütləvi yosun çiçəklənməsi aşkar ediblər. Bu səbəbdən buz çəhrayı və qırmızı rəngə boyanıb”.

Alimlər qeyd edirlər ki, onlar 10 ildən artıqdır ki, buzlaqlarda qırmızı yosunların belə kütləvi toplanmasına rast gəlməyiblər. Mütəxəssislər bu fenomenin ərimə prosesini sürətləndirə biləcəyindən ehtiyat edirlər.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*