Onlayn məhsul sifariş verən qadının bağlamasından kobra ilanı çıxıb.
KONKRET.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə həmin qadın “X” sosial şəbəkəsində məlumat verib.
O, paylaşımında sifariş verdiyi bağlamadan gözlənilməz sürpriz çıxdığını yazıb: “”X Box” oyun konsolunun pultunu sifariş etmişdim. Bağlamamın içindən zəhərli kobra çıxdı. İlan qablaşdırma lentindən yapışmışdı. Xoşbəxtlikdən mənə heç nə olmadı”.
Qeyd edək ki, sifarişi çatdıran “Amazon” şirkəti qadından üzr istəyib.
