“Ana olmaq istəyən qadın məhbuslar azad edilsin! – TƏKLİFbackend

"Ana olmaq istəyən qadın məhbuslar azad edilsin! - TƏKLİF

“Uşaq sahibi olmaq müqabilində qadın məhbuslar həbsxanalardan azad edilsin”.

KONKRET.az xəbər verir ki, bu təkliflə Dövlət Dumasının deputatı Valeri Seleznev çıxış edib. Səbəb isə Rusiyada doğum nisbətinin artırılmasıdır

Onun sözlərinə görə, hazırda Rusiya həbsxanalarında 45 minə yaxın qadın var ki, onların da əksəriyyəti cəmiyyət üçün təhlükəli cinayətlər törətməyib. Seleznev qeyd edib ki, onların çoxu uşaq dünyaya gətirə bilir.

“Dövlət onlara elə bir sövdələşmə təklif edə bilər ki, qadının cəzaçəkmə müddəti kəsilir və o, belə “məzuniyyət” zamanı doğum edərsə, qalan müddət ləğv edilir”, – deyə deputat təşəbbüsünü ətraflı izah edib.

Bundan əvvəl Dövlət Dumasının deputatı Sultan Həmzəyev abortdan imtina edən rusiyalı qadınlara pul ödənilməsini, uşaq doğulduqdan sonra isə dövlətin himayəsinə götürülməsini təklif edib. Bu təşəbbüs siyasətçinin həmkarlarını hiddətləndirib. Parlamentin aşağı palatasının ailə, qadın və uşaq komitəsinin sədri Nina Ostanina bu ideyanı əxlaqsızlıq adlandırıb.

Noyabrın 9-da Dövlət Dumasının sədri Vyaçeslav Volodin deputatların doğum səviyyəsini artırmaq ideyalarını tənqid edib və bildirib ki, iclaslarda demoqrafiya ilə bağlı səs-küylü təşəbbüslər səsləndirilməsin

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*