ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildibackend

ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildi

Xocalı rayonunun Daşkənd kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) əməkdaşının sol aşıq baldır oynağı nahiyəsi amputasiya edilib.

KONKRET.az  xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 1990-cı il təvəllüdlü kişi Xankəndi Şəhər Mərkəzi Xəstəxanasından daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.

Hazırda əməliyyat icra olunur.

** 09-24

Xocalı rayonunda mina partlayışı baş verib.

KONKRET.az report-a istinadla xəbər verir ki, hadisə rayonun Daşkənd kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*