Azərbaycan cəmi bir neçə həftədən sonra – iyunun 5-də Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününə hazırlaşır.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O bildirib ki, tədbir çərçivəsində mütəxəssislər və praktiklər iqlim məsələlərini müzakirə etmək üçün bir araya gələcəklər.
“Biz bu platformadan iqlim dəyişiklikləri kontekstində şəhər inkişafı ilə bağlı çağırışların daha geniş şəkildə müzakirəsi üçün istifadə edəcəyik”, – Anar Quliyev vurğulayıb.
