Ankara Misir, Liviya və Livan liderlərini Fələstinə dəstək verməyə dəvət etdibackend

Ankara Misir, Liviya və Livan liderlərini Fələstinə dəstək verməyə dəvət etdi

Ankara Fələstinə dəstək aksiyasında iştirak etmək üçün Səudiyyə Ərəbistanı, Misir, Liviya, Livan və İordaniya liderlərinə dəvət göndərib.

KONKRET.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

“İsrailin vəhşiliklərinə diqqət çəkmək və Fələstinə dəstək olmaq üçün keçirilən böyük mitinqdə prezident Rəcəb Tayyib Ərdoğanla yanaşı, dövlət başçılarının da iştirakı gözlənilir.Mitinqə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Misir prezidenti Əbdülfəttah əs-Sisi, eləcə də dövlət başçıları səviyyəsində Liviya, Livan və İordaniya dəvət olunub”, – məlumatda deyilir.

Mitinqdə media, idman, incəsənət, biznes, Fələstin diasporunun bir çox nüfuzlu nümayəndələrinin iştirak edəcəyi bildirilir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*