Bu gəmilər vurulacaq! – SEPAH-dan xəbərdarlıqbackend

Bu gəmilər vurulacaq! - SEPAH-dan xəbərdarlıq

Hörmüz boğazından təhlükəsiz keçid yalnız İranın müəyyən etdiyi marşrutlar üzrə mümkündür.

KONKRET.az xəbər verir ki, bu barədə “Tasnim” SEPAH-ın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, bəzi qurumlar İranla razılaşdırmadan və koordinasiya aparmadan boğazda gəmilərin hərəkəti üçün yeni marşrut elan ediblər:

“Hörmüz boğazından keçid üçün yeganə icazəli marşrutlar İran İslam Respublikası tərəfindən müəyyən edilmiş marşrutlardır. Bu marşrutlardan kənarda hərəkət son dərəcə təhlükəlidir və qadağandır. Bütün gəmi heyətlərinə xəbərdarlıq edirik ki, elan olunmuş marşrutlardan kənara çıxmasınlar”.

Həmçinin bildirilib ki, Hörmüz boğazından keçmək istəyən bütün gəmilər Kanal 16 vasitəsilə İran Hərbi Dəniz Qüvvələri ilə əlaqələndirmə aparmalıdır:

“Tələbləri pozan gəmilərlə bağlı tədbir görüləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*