Təhsildə dostbazlıq və qohumbazlıq iddiası: “Emin Əmrullayevə sərt ittihamlar”backend

Təhsildə dostbazlıq və qohumbazlıq iddiası: "Emin Əmrullayevə sərt ittihamlar"

“Emin Əmrullayev Azərbaycan cəmiyyətinə təhsili və elmi ibtidai sinif müəlliminin şagirdlərinə əlifbanı öyrətdiyi kimi öyrətmək istəyir”.

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış ekspert, sabiq millət vəkili Etibar Əliyev bildirib. Onun sözlərinə görə, “Normal biliyi və mütaliəsi olmadığına görə dedikləri çox primitiv görsənir və geniş tənqidlərə məruz qalır. İstənilən müsahibəsindən sonra dediklərinin guya konteksdən çıxarıldığını, başa düşülmədiyini iddia edir və sonra təkziblər verməyə başlayır.

Emin Əmrullayev: “Azərbaycanda 1 tələbəyə düşən təhsil haqqı inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. Təhsil haqqının aşağı olması sosial nöqteyi-nəzərdən nə qədər müsbət qarşılansa da, ümumilikdə təhsilin keyfiyyətinə təsir edən amildir. Yəni təhsil də digər sahələrdə olduğu kimi investisiya tələb edir və ya təhsilin keyfiyyətinə təsir edən əsas amillərdən biri də maliyyələşmədir”.

Azərbaycanda indiki təhsilin “keyfiyyətinə” görə təhsil haqqı çox yüksəkdir. Professor – müəllim heyəti müasir dövrün tələblərinə cavab verən dərslər keçmir. Universitetlərin əksəriyyətinin kitabxanaları yenilənmir, nazirlik dərslik çapına vəsait ayırmır, laboratoriyalar ötən əsrin laboratoriyalarıdır. Magistr işlərinin mövzuları təkrarlanır və plagiatlıq tüğyan edir. Yeni nəsil “alimlər”in fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının 90 faizi başqası tərəfindən yazılır, plagiatlıq artıq ənənə halını alıb. Ali

Attestasiya Komissiyası 2025- ci ildə 284 nəfərə elmi dərəcə ilə bağlı imtina cavabı verib. 37 nəfərə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilib. İmitinalara diqqət yetirsək, görürərik ki, Fizika, kimya, riyaziyyat, biologiya, tarix, fəlsəfə, psixologiya, texnika, sənətşünaslıq, tibb elmlərində vəziyyət biabırçılıq həddindədir.

Saxta alimlər, ali təhsil müəssisələrində mövcud idarəetmə, sınıq-salxaq maddi texniki baza ilə təhsil haqqını 30 min manata qaldırsalar da, keyfiyyətə təsir hiss olunmayacaq.

Məsələn, Tibb Universitetində təhsil haqqı 6500 manatdır. “Times Higher Education İmpact Ranking 2025” reytinində bu universitet 1001-1500 -cü yer aralığında qərarlaşıb. Aqrar Universitetdən geridədir.

E.Əmrullayev elmə də cavabdehlik daşıyır. Ancaq yazdıqlarım barədə danışa bilməz. Dost var, tanış var, qohum var, əqraba var.

Dostu Rüfət Əzizovun Universiteti isə 1500+ yerdə özünə çardaq qurub.

Heç bir elmi təhlilə söykənməyən rəqəmlərlə imitasiya, qohumbazlıq, dostbazlıq prinsipləri ilə vəzifə paylamaq, manipuliyasalar, troll dəstələri, saxta təhsil ekspertləri, müəllimi və alimi aşağılamaqla elmdə və təhsildə hansısa uğur qazanmaq mümükün olmayacaq. Azərbaycanın təhsil tarixində belə əcaib işlərlə Emin Əmrullayevdən başqa heç bir nazir məşğul olmayıb”.

Natiq Səlim
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*