Zirzəmidə gizli sərvət: 71 yaşlı kişi cəmi 40 günə 216 min qazandıbackend

Zirzəmidə gizli sərvət: 71 yaşlı kişi cəmi 40 günə 216 min qazandı

Türkiyənin Ankara vilayətinin Nallıhan rayonunda yaşayan 71 yaşlı Ahmet Öztürk ipəkqurdu sayəsində diqqət çəkən gəlir əldə edib.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, ailə ənənəsini davam etdirən Öztürk evinin zirzəmisində yaratdığı xüsusi sahədə ipək qurdları bəsləyərək bu il 94 kiloqram barama istehsal edib. O, məhsulunu hər kiloqramını 2300 türk lirəsinə sataraq cəmi 40 gün ərzində 216 min lirə gəlir əldə edib.

Təxminən 60 ildir bu sahədə çalışan təcrübəli istehsalçı ipək qurdlarının tut yarpaqları ilə qidalandırıldığını və qulluq prosesinin böyük diqqət tələb etdiyini bildirib. Onun sözlərinə görə, yaxşı bəslənən hər bir baramadan 500-600 metr uzunluğunda ipək sap əldə etmək mümkündür.

Öztürk qeyd edib ki, həyat yoldaşı və övladları da istehsal prosesində ona dəstək olur. O, ipəkqurdu yetişdirilməsinin bölgə üçün gəlirli fəaliyyət sahələrindən biri olduğunu və gənclərin də bu işə maraq göstərməsini arzuladığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*