Ankarada leysan insan tələfatı ilə nəticələndibackend

Ankarada leysan insan tələfatı ilə nəticələndi

Türkiyənin paytaxtı Ankarada leysan şəhər sakinlərinin həyatını iflic edib.

KONKRET.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, aramsız yağışlar nəticəsində bir nəfər həyatını itirib.

Ankara Böyükşəhər Bələdiyyəsindən verilən məlumata əsasən, leysan səbəbindən şəhərin əksər yerlərində keçidlər su ilə dolub.

Bəzi küçə, bulvar və küçələrdə nəqliyyatın hərəkətində fasilələr yaranıb. Ən çox leysan və sel Ankaranın Çankaya rayonuna təsir edib./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*