“Anna Akopyana cinayət işi başlanmalıdır” – Zöhrabyanbackend

"Anna Akopyana cinayət işi başlanmalıdır" - Zöhrabyan

Anna Akopyanın açıqlamaları ilə bağlı cinayət işi başlanmalıdır.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan bu gün İrəvanda keçirilən aksiyada deyib.

“Yadınızdadırsa, düz bir il əvvəl Nikol Paşinyan parlament tribunasından növbəti “hücum”unu həyata keçirdi və bəyan etdi ki, qurbanlar olmasa, vəziyyət ağır ola bilərdi”, – Zöhrabyan deyib.

Onun sözlərinə görə, Paşinyanın çıxışı cinayətlə bağlı mesaj olub. Bundan sonra Milli Təhlükəsizlik Xidməti parlamentin iclas zalına getməli və Nikol Paşinyanı saxlamalıdır.

“Əslində bir ildir ki, cinayət işi başlanıb. Lakin hələ heç nə aydınlaşmayıb. Mən də özümü qurban sayıram. Çünki həmyerlilərim, yaşıdlarımın övladları ölüb.

Bu manipulyasiyalarla 11 min fəraridən danışmaq nəyə lazımdır?”, – deyə o bildirib.

Zöhrabyan qeyd edib ki, Anna Akopyanın açıqlamaları ilə bağlı cinayət işi başlanmalıdır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*