Aprelin 10-da qaz kəsiləcək – Bu ərazilərdəbackend

Aprelin 10-da qaz kəsiləcək - Bu ərazilərdə

Siyəzən rayonu Böyük Həmyə kəndi istiqamətində istismarda olan qaz xəttində qaz sızmasının aradan qaldırılması ilə əlaqədar olaraq 10 aprel saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Xaçmaz Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, təmir müddətində Böyük və Balaca Həmyə kəndləri, H.Talıbov, Q.Qocaliyev, B.Bayramov, Ş.Xətai və A.Zahirov küçəsləi olmaqla ümumilikdə 1 916 abonentin qaz təchizatında fasilə yaranacaq.

Qeyd edilib ki, qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*