Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində çıxışı zamanı maraqlı bəyanatla çıxış edərək, Azərbaycanla hələ sülh müqaviləsi imzalanmamışdan əvvəl “TRIPP” layihəsinin reallaşdırıla biləcəyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, parlamentdə deputatların suallarını cavablandıran Mirzoyan hər iki ölkə arasında sülh sazişinin artıq paraflandığını və nə Bakının, nə də İrəvanın sənədi şübhə altına aldığını xatırladıb.
Lakin onun sözlərinə görə, hər nə qədər əvvəlcə sülh müqaviləsinin imzalanması məntiqi görünsə də, “həyatın öz qaydaları var”.
Erməni nazir hesab edir ki, sözügedən “Tramp Marşrutu”nun (TRIPP) icrasının məhz özü regionda sülhün möhkəmlənməsinə töhfə verə bilər.
Ekspertlər isə hesab edir ki, İrəvan rəhbərliyinin əsas sülh sənədinin imzalanmasını müxtəlif bəhanələrlə və nəqliyyat layihələri ilə əvəzləməyə çalışması vaxtı uzatmaq taktikasından başqa bir şey deyil.
Müşviq Tofiqoğlu
KONKRET.az
