Xamenei İranın şərtlərini açıqladı: Hürmüz boğazına nəzarət və…backend

Xamenei İranın şərtlərini açıqladı: Hürmüz boğazına nəzarət və...

İranın Ali lideri Müctəba Xamenei ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ilə keçirdiyi görüşdə Tehranın təhlükəsizlik sahəsindəki prioritetlərini və gələcək qarşıdurma strategiyasını açıq şəkildə elan edib.

KONKRET.az xəbər verir ki, Xamenei mədəniyyət, siyasət, iqtisadiyyat və təhlükəsizlik amillərining Ali Milli Təhlükəsizlik Şurasının fəaliyyətində sıx şəkildə bir-biri ilə bağlı olduğunu vurğulayıb.

O, “X” sosial şəbəkəsindəki hesabında qeyd edib ki, milli və regional təhlükəsizliyin təmin edilməsi, Hürmüz boğazı üzərində nəzarətin qorunub saxlanılması, eləcə də qonşu dövlətlərlə ikitərəfli münasibətlərin uzunmüddətli qarşılıqlı maraqlar əsasında gücləndirilməsi görüşün əsas müzakirə mövzularından biri olub.

İran lideri milli müqavimətin nəticələrindən danışaraq düşmənin ümidsizliyə qapıldığını bildirib.

Görüşdə həmçinin hakimiyyətin əhali ilə əlaqələrinə xüsusi diqqət yetirilib.

Müctəba Xameneinin sözlərinə görə, vətəndaşların ölkənin və dövlət quruluşunun müdafiəsində bundan sonra da iştirakını təmin etmək üçün “proaktiv və vaxtında kommunikasiya” həyati əhəmiyyət daşıyır.

Bundan əlavə, Müctəba Xamenei İranın və “Müqavimət Cəbhəsi”nin hüquq və maraqlarının qətiyyətlə müdafiə olunmalı olduğunu, rəsmi Tehranın müharibənin dayandırılması üçün irəli sürdüyü şərtlərin yerinə yetirilməsinə çalışacaqlarını bəyan edib.

O, həmçinin mövcud olan qeyri-müəyyən “nə müharibə, nə sülh” vəziyyətinə son qoyulmasının vacibliyini vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*