Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko sabiq Gürcüstan prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə qarşı məhkəmə iddiası qaldırıb.
KONKRET.az xəbər verir ki, Yelizaveta Yasko məhkəmədən onların ümumi azyaşlı qızı Jasmin üzərində Mixeil Saakaşvilinin valideynlik hüquqlarından məhrum edilməsini, həmçinin uşağın yetkinlik yaşına çatana qədər aliment tutulmasını tələb edir.
İddialar Kiyevin Şevçenko Rayon Məhkəməsinin Vahid Dövlət Məhkəmə Qərarları Reyestrinə daxil olub.
Gürcüstanda həbsdə olan Saakaşvili isə “X” sosial şəbəkəsindəki səhifəsində məsələyə münasibət bildirərək iddiaları rədd edib. O, həbsindən sonra dünyaya gələn qızı Jasmindən maddi yardımını əsirgəmədiyini, anasının uşağa mütəmadi olaraq baş çəkdiyini, həmçinin 2022-ci ildə Kiyevdə qızına mənzil hədiyyə etdiyini deyib.
Xatırladaq ki, 2013-cü ildən Gürcüstanı tərk edən və 2015-ci ildə Ukrayna vətəndaşlığı alan Saakaşvili 2021-ci ilin oktyabrında Gürcüstana qayıdarkən saxlanılaraq həbs olunmuşdu.
Müşviq Tofiqoğlu
KONKRET.az
