İki ay faiz ödədi, üçüncü ay qətl törətdi – Siyəzəndə baş verən qətlin detallarıbackend

İki ay faiz ödədi, üçüncü ay qətl törətdi - Siyəzəndə baş verən qətlin detalları

Siyəzən rayonunda sələmə pul verən qadın qətlə yetirilib.

KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında rayonun Böyük Həmyə kəndində baş verib.

Kənd sakini, 1983-cü il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyeva evində qətlə yetirilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Naqil Səmədağa oğlu Ağamalıyev saxlanılıb.

Araşdırmalarla məlum olub ki, hadisə pul mübahisəsinə görə olub. Belə ki, mərhum X.Ağamalıyeva rayon ərazisində sələmə pul verməklə məşğul olub və qohumu N.Ağamalıyev də ondan sələmə pul götürüb.

İki ay sələm verən N.Ağamalıyev 3-cü ay aldığı pulun faizini verə bilməyib və Xəyalə də ondan pulu tələb edib, söyüb. Naqillə Xəyalə arasında söyüşə görə mübahisə baş verib və o, qohumunu qətlə yetirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*