ABŞ prezidentinin oğlu kiçik Donald Trampın avqust ayında Monqolustana etdiyi ov səfəri zamanı rusiyalı biznesmen Umar Kremlyovla birgə vaxt keçirdiyi ortaya çıxıb.
KONKRET.az xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, səfər iştirakçıları birlikdə foto çəkdirməkdən yayınmağa çalışıblar. Onların eyni yerdə olduqlarını yerli rəsmilər və bələdçilər də təsdiqləyiblər.
Umar Kremlev ov hazırlıqlarını əks etdirən video da yayımlayıb. Səhər tezdən çəkilən görüntülərdə Donald Trampın oğlu görünməsə də, onun səfərini təşkil edən iki nəfər kadra düşüb.
Müşviq Tofiqoğlu
KONKRET.az
