İsraildə etirazçılar seçki məntəqəsini dağıtdılarbackend

İsraildə etirazçılar seçki məntəqəsini dağıtdılar

İsrailin Beyt-Şemeş şəhərində etirazçılar seçki məntəqəsini dağıdıblar.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, etirazçılar insanları səs verməməyə çağıran plakatlar asıb, məntəqənin giriş qapısının ağzına isə zibil töküblər.

Haredi İctimaiyyəti Partiyasından bildirilib ki, üzvləri Bney-Brak, Beyt-Şemeş və Betar-İllit şəhərlərində hücumlara məruz qalıblar.

Partiya hücumlarla bağlı polisə müraciət edildiyini bildirib.

 

Qeyd edək ki, Haredi İctimai Partiyası 2026-cı ilin iyulunda yaradılıb. Partiyanın sədri Beyt-Şemeş şəhərinin meri Moti Leytnerdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*