Arestoviç İSTEFA VERDİ – FOTObackend

Arestoviç İSTEFA VERDİ - FOTO

Arestoviç Ukrayna Prezidentinin Aparatının müşaviri vəzifəsindən istefa ərizəsi yazıb.

KONKRET.az xəbər verir ki, bu barədə Aleksey Arestoviç Facebook səhifəsində yazıb və ərizənin fotosunu dərc edib.

Qeyd edək ki, Ali Radanın deputatları Aleksiy Arestoviçin işdən çıxarılması üçün imza toplanmasına başlamışdılar.

Parlamentarilər onu Dnepropetrovskda evin bir hissəsinin uçmasının səbəbi ilə bağlı dediklərinə görə dövlətə xəyanətdə ittiham edib.

Arestoviç yanvarın 14-də axşam saatlarında bildirib ki, Dnepropetrovskda evin bir hissəsi Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulan raketin düşməsi nəticəsində uçub.

Onun bu sözləri xəyanət kimi qəbul edilib və vəzifəsindən çıxarılıb, məhkəməyə verilməsi tələb olunub.

Xuraman Etibarlı,

KONKRET.az

  • Orxan
    Yanvar 17, 2023 - 13:19

    Noooo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*