“Armen Qriqoryan sülh müqaviləsi danışıqlarının təfərrüatlarını TƏQDİM ETDİ” – Erməni mediasıbackend

"Armen Qriqoryan sülh müqaviləsi danışıqlarının təfərrüatlarını TƏQDİM ETDİ" - Erməni mediası

Armen Qriqoryan sülh müqaviləsi danışıqlarının təfərrüatlarını təqdim edib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı aparılan danışıqların təfərrüatlarını təqdim edib.

Qriqoryanın sözlərinə görə, erməni tərəfi zaminlər institutu ideyasını təsdiq etməyi təklif edib.

“Biz “zəminlər” institutunu təklif etmişik. Başqa sözlə, beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən həmin müqavilənin icrasını təmin edə biləcək sülh müqaviləsi təminatçıları institutu yaradılmalıdır.

Bundan əlavə, biz təklif etmişik ki, həlli mümkün olmayan böhran zamanı hansısa beynəlxalq məhkəməyə müraciət mexanizmi yaradılsın”, – deyə Qriqoryan bildirib.

Bunun Azərbaycanı “çəkindirib-çəkindirməyəcəyi” ilə bağlı suala isə Qriqoryan qeyd edib ki, Ermənistan tərəfi öz təcrübəsinə əsaslanaraq belə bir təklif irəli sürüb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*