“Artıq “biz qalib gələcəyik” deməyin, çoxdan məğlub olmuşuq” – Ohanyanbackend

"Artıq "biz qalib gələcəyik" deməyin, çoxdan məğlub olmuşuq" - Ohanyan

“Əgər hərbi əməliyyatlar Azərbaycanda deyil, Ermənistan ərazisində gedirsə, deməli, biz məğlub olmuşuq”.

KONKRET.az xəbər verir ki, bunu “Hraparak” qəzetinin baş redaktoru Armine Ohanyan yazıb.

“Dünən biz yenidən müharibənin nəfəsini hiss etdik. Teğ kəndində irəliləyən düşmənin uzaq planı var.

Dünən Azərbaycan hərbçiləri ilə toqquşmalar oldu. Yenə qurbanları və yaralıları olan erməni tərəfi özünü doğrultmağa başladı: “Biz atəş açmırıq, pilotsuz təyyarələrdən istifadə etməmişik, silahımız və təcavüzkar niyyətimiz yoxdur, davranışımızdan asılı olmayaraq sülhsevərik”.

Sonra erməni mətbuatını danlamağa, nəsihət etməyə başladılar ki, yazmayın, Teğ və Vardenisdə (Basarkeçər – red.) baş verənləri ictimaiyyətə çatdırmayın, Müdafiə Nazirliyi rəsmi məlumat verəcək. Və baş verənləri yumşaldaraq ört-basdır etməyə başladılar. Hal-hazırda yerdə vəziyyət stabildir, hazırda Vardenisdə çəkiliş aparılmır.

Bu ört-basdırın məqsədi 2020-ci ildən bizə məlumdur. Camaat arasında panika yaratmaq istəmirlər. Buna baxmayaraq, İrəvanda yaşayan insanlar panikaya düşür və çaxnaşma yaranır. Hakimiyyət başa düşür ki, narazılıq artır, hakim komandanı söyməyə başlayırlar, getmələrini tələb edirlər. Bunun qarşısını almaq lazımdır.

Bəs niyə özlərinə haqq qazandırırlar ki, biz atəş açmırıq, pilotsuz təyyarələrdən istifadə etmirik? Bəlkə bu, həm də beynəlxalq ictimaiyyətə yönəlib. Belə çıxır ki, Ermənistan dövlət strukturlarının hələ də gözləntiləri var. Bir şey aydındır ki, əgər hərbi əməliyyatlar Azərbaycanda deyil, Ermənistan ərazisində gedirsə, deməli, biz məğlub olmuşuq. Artıq “biz qalib gələcəyik” deməyin”, – deyə Ohanyan vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*