Arutyunyan: “Mən belə başa düşürəm ki, bizi tam təslim etmək istəyirlər”backend

Arutyunyan: "Mən belə başa düşürəm ki, bizi tam təslim etmək istəyirlər"

“Rusiya tərəfi Bakı və İrəvan nümayəndələrini danışıqlar üçün platforma ilə təmin etməyə və onlar üçün ən rahat şərait yaratmağa hazırdır. Çünki Rusiya tərəflər arasında balanslaşdırılmış sülh müqaviləsinin bağlanmasını bölgədə təhlükəsizlik arxitekturasının qurulması üçün əvəzolunmaz ilkin şərt hesab edir”.

KONKRET.az xəbər verir ki, bu barədə iyulun 24-də keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacızadə Zaxarovaya çox çevik cavab verib: “Azərbaycan Rusiyada və başqa yerlərdə Ermənistanla danışıqlara həmişə hazır olub”.

Ermənistan Zaxarovanın dediklərinə cavab verməyib. Nə Xarici İşlər Nazirliyindən, nə də hökumətdən cavab yoxdur. “Niyə?” sualına 1992-1993-cü illərdə Ermənistanın baş naziri olmuş Xosrov Arutyunyan belə cavablandırıb:

“Ermənistanın hazırkı hökuməti Rusiyanın istənilən təklifini, Ermənistan-Azərbaycan məsələsinin həlli üçün platformanın verilməsini rədd edir, əvəzində Azərbaycan dərhal reaksiya verir və Rusiyanın qlobal geosiyasi proseslərdə rolunu çox yaxşı bilir və fürsəti əldən vermir. Rusiyanı özünə cəlb etmək deyilsə, heç olmasa onun Rusiya ilə eyni yolla getdiyini göstərmək lazımdır”, – deyə Arutyunyan deyib.

Onun sözlərinə görə, hətta Qərb blokunun nümayəndələri də bu gün açıq şəkildə deyirlər ki, Ukrayna davası sona çatır. Yeri gəlmişkən, Ukrayna prezidenti Zelenski Rusiya ilə danışıqlar aparmağı qadağan edən qanun qəbul etmişdi. Amma görünən odur ki, o, indi danışıqlara getməyə hazırlaşır ki, bu da Rusiyanın mövqelərini xeyli gücləndirəcək.

“Artıq hamı bütün Qərbin Rusiyanı strateji cəhətdən məğlub etmək planının iflasa uğradığını bəyan edir. İndi hər kəs Ukrayna münaqişəsini aktiv hərbi əməliyyatlar olmadan həll etməyin mümkün olub-olmayacağı ilə maraqlanır. Azərbaycanlılar bunu dəqiq başa düşürlər, görürlər ki, Qərb Rusiyanı strateji cəhətdən məğlub edə bilməyibsə, o zaman Rusiyanın Cənubi Qafqazdakı istəklərini və güclənməsini idarə etməyə çalışmalıdırlar”, – deyə Xosrov Arutyunyan bildirib.

“Bütün bunların fonuna indi ABŞ Ermənistana sülh təklif edir. Həmin təkliflər güzəştləri nəzərdə tutur. Məqsəd Ermənistanın təsiredici amil olmaqdan əl çəkməsinə nail olmaqdır, son məqsədi pantürkist planın həyata keçirilməsidir.

ABŞ Ermənistana sülh təklif edir, amma sual budur ki, nəyin hesabına? Mən belə başa düşürəm ki, bizi tam təslim etmək istəyirlər. Çünki Ermənistan bütün strateji mövqelərini əvvəllər Qarabağdan danışan Azərbaycana veribsə, indi Ermənistandan danışırsa və bu şərtlər altında sülh müqaviləsi imzalamaq niyyətindədirlərsə, bu o deməkdir ki, Ermənistanın strateji mövqeləri tam əldən gedəcək. Əslində bu, növbəti kapitulyasiyadır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*