Beşiktaş “Liverpul”la müqaviləsi başa çatan Mohamed Salah ilə anlaşma əldə edib. Transferin rəsmiləşməsi gözlənilir.
KONKRET.az xəbər verir ki, Beşiktaş “Liverpul”dan ayrılan 34 yaşlı misirli ulduz Mohamed Salah ilə 1+1 illik müqavilə şərtləri üzrə razılığa gəlib.
Tərəflər arasında imzalanacaq müqavilə 1+1 illik müddəti əhatə edir. Mohamed Salahın Beşiktaşdan illik 11 milyon avro qazanacağı bildirilir.
Keçən mövsüm “Liverpul”un heyətində 41 rəsmi matçda iştirak edən Mohamed Salah 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
