Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib.
KONKRET.az bildirir ki, bu məlumatı Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib.
“Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz, teatrımızın bir neçə əməkdaşı da onun cənazəsinin qarşılanması və aparılması ilə bağlı hava limanında olublar. Hazırda onun nəşi Lerikə aparılır. Aslan müəllim doğulduğu Çayurd kəndində dəfn ediləcək”, – deyə H.Rüstəmova bildirib.
