Bu gün paytaxtın Xətai rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, Babək prospekti üzərindəki körpüdə “Hyundai” markalı avtomobil idarəetmədən çıxıb.
Körpünün kənarındakı məhəccərə çırpılan nəqliyyat vasitəsi hündürlükdən köməkçi yola aşıb.
Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib.
Qəza nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.
