“Türkiyə və Azərbaycan hər yerdə yan-yanadır” – Türkiyənin Mədəniyyət və Turizm naziribackend

"Türkiyə və Azərbaycan hər yerdə yan-yanadır" - Türkiyənin Mədəniyyət və Turizm naziri

COP31 çərçivəsində Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Manşet.az-ın suallarını cavablandırıb.

Nazir Azərbaycan və Türkiyənin turizm sahəsində əməkdaşlığından, qarşılıqlı investisiyalardan və COP31-də təmsilçiliklərindən danışıb.

O bildirib ki, son dövrlər iki qardaş ölkə bir çox sahədə olduğu kimi, turizm istiqamətində də sıx əməkdaşlıq edir:

“Son zamanlar iki qardaş ölkə, demək olar ki, hər şeydə birlikdədir. Bunlardan biri də turizm sahəsidir. Biz turizm sahəsində də qarşılıqlı şəkildə bir-birimizə böyük yatırımlar edirik. Azərbaycan hazırda COP31 çərçivəsində çox yüksək səviyyədə iştirak edir. Azərbaycan və Türkiyə pavilyonları ən çox maraq cəlb edən pavilyonlardan biridir. Bu pavilyonlarda turizmlə bağlı çox önəmli məqamlar yer alıb”.

Azərbaycan və Türkiyə pavilyonlarının COP31-də yan-yana yerləşməsi ilə bağlı suala münasibət bildirən zaman isə nazir xüsusi və diqqətçəkən cavab verib:

“Əlbəttə, Türkiyə və Azərbaycan hər yerdə yan-yanadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*