Tanışının övladını həbsdən azad edəcəyi vədi verdi, özü həbsdə qaldı – QƏRARbackend

Tanışının övladını həbsdən azad edəcəyi vədi verdi, özü həbsdə qaldı - QƏRAR

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Sevinc İslamovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İş materiallarına görə, Sevinc İslamova rəfiqəsi zərərçəkmiş S.Mustafayevanın etibarından sui-istifadə edib.

Belə ki, onun heç bir səlahiyyəti olmadığı halda zərərçəkmiş şəxsin Cinayət Məcəlləsinin 150.3-cü maddəsi ilə təqsirləndirilən oğlunun həbsdən azad edilməsinə köməklik göstərə biləcəyini bildirib. Sevinc İslamova bu vədlə S.Mustafayevanı aldadaraq müxtəlif vaxtlarda ümumilikdə 57 620 manatı ona çatdırılmasını təmin edib.

İş materiallarına görə, Sevinc İslamova həmin vəsaitləri vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək S.Mustafayevaya külli miqdarda maddi ziyan vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevinc İslamova törətdiyi əmələ görə 4 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*