Vətəndaş dövlət binasına ekskavatorla hücum etdibackend

Vətəndaş dövlət binasına ekskavatorla hücum etdi

Çinin Şaansi əyalətində yerli hökumət binasına ağır texnika ilə hücum edilib.

KONKRET.az xəbər verir ki, Sian şəhərinin Fengdonq bölgəsində baş verən hadisə nəticəsində binanın giriş hissəsinə ciddi ziyan dəyib.

Ekskavatoru idarə edən 47 yaşlı şəxs polis tərəfindən saxlanılıb. Hadisə zamanı binadakı əməkdaşlar və vətəndaşlar təxliyə edilib, xəsarət alan olmayıb.

İlkin iddialara görə, hücumu həyata keçirən şəxs yerli hakimiyyət orqanları ilə müqavilə əsasında işləyən podratçıdır. O, gördüyü işin haqqını bir ildir ala bilmədiyi üçün belə addım atıb. Digər iddiaya görə isə hadisə hökumətin ona məxsus heyvandarlıq təsərrüfatını sökməsi ilə bağlı kompensasiya mübahisəsindən qaynaqlanıb.

Hadisənin dəqiq səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*