“Ermənistan rəsmilərinin biabırçılığı davam edir”.
KONKRET.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi, ictimai xadim Avetik İşxanyan yazıb.
“Bir az əvvəl parlament üzvü Sarqis Xandanyanın ATƏT Assambleyasında çıxışına qulaq asdım.
Təsəvvür edirəm, ATƏT-ə üzv olan ölkələrin nümayəndələri Ermənistana və belə insanlara dözən bütün erməni xalqına nə qədər nifrət və ikrah hissi ilə baxırlar.
O yazıq, ağlayan adam deyir ki, gənc nəslin nümayəndəsi kimi Qarabağ problemi ona miras qalıb və onu gələcək nəslə buraxmaq istəmir.
Başqa sözlə, onlar türklərə və azərbaycanlılara minnətdardırlar ki, Qərbi Ermənistan və Naxçıvanla bağlı məsələlər artıq bağlanıb.
Onların dedikləri Azərbaycana Qarabağı boşaltmağa çağırışdır. Düşünürlər ki, onlar da, yazıq nəsillər də onları bəyənəcək. artıq ağrı və iztirab olmayacaq. Təkcə Qarabağ deyil, bütün Ermənistan boşalsa, siz və sizin nəsilləriniz, daha dəqiq desək, türk-azəri nəsilləri artıq ağrı və iztirab çəkməyəcək”, – deyə İşxanyan bildirib.

Xuraman Etibarlı,
KONKRET.az
