ATU-nun tələbəsi Türkiyədəki zəlzələdə həlak olubbackend

ATU-nun tələbəsi Türkiyədəki zəlzələdə həlak olub

Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi Türkiyədəki zəlzələdə həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

Qeyd olunub ki, fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak vəfat edib.

Bundan əlavə, zəlzələdə faciəli şəkildə həyatını itirən azərbaycanlı tələbələrdən biri – Gündüz Nəzərzadə də ATU-nun məzunu olub. 2021-ci ildə universitetimizin Əczaçılıq fakültəsindən məzun olan G.Nəzərzadə Malatyada İnönü Universitetində magistratura təhsili alırdı.


Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*