Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı məhkəmə istintaqı yenilənibbackend

Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı məhkəmə istintaqı yenilənib

Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova, auditor Fəridə Novruzova ilə bağlı açılan cinayət işi üzrə məhkəmə istintaqı yenilənib.

KONKRET.az report-a istinadən xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Əvvəlcə tərəflərə son söz verilib, sonra hakim heyəti hökm üçün müşavirəyə gedib.

Lakin müşavirədən qayıdan hakimlər hökmü elan etməyib.

Prosesə sədrlik edən hakim Elnur Nuriyev məhkəmə istintaqının yeniləndiyini bildirib.

Həmçinin hakim Auditorlar Palatasının 3-4 illik büdcəsinin müəyyən edilməsi üçün müvafiq sorğunun göndəriləcəyini söyləyib.

Növbəti proses iyulun 6-na təyin olunub.

Xatırladaq ki, ötən proseslərin birində dövlət ittihamçısı hər üç təqsirləndirilən şəxsin 10 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzova Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

İttihama görə, 2018-ci ildən başlayaraq maliyyə hesablamaları, maliyyə uçotları, sığorta ödənişləri, vergi ödənişləri, mal-materialların siyahıllaşdırılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ödəniş cədvəllərində, illik hesabatlarda öz qohumları adına onların xəbəri olmadan bank kart hesabı açılıb və həmin karta pul köçürülüb. Daha sonra həmin kartlara köçürülən ümumilikdə 717 min 311 manat məbləğ nağdlaşdırma yolu ilə mənimsənilib.

İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Auditorlar Palatası tanınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*