Avetisyan: “Arayik sadəcə bir kloundur” – FOTObackend

Avetisyan: "Arayik sadəcə bir kloundur" - FOTO

“Təlxək Arayik Arutyunyan hələ yeni seçiləndə 35 min dollar dəyərində elektromobillə gəzirdi. Keçmiş sahibi Nikol kimi, o da Facebook-da tələm-tələsik şəkil çəkdirdi və belə bir sevimli mətn yazdı ki, guya bahalı avtomobillərdən imtina edib və bu maşını hədiyyə olaraq qəbul edib. Yazı bu günə kimi onun səhifəsindən silinməyib. Hamı Arayikin sadəliyinə heyran olub, amma əslində Arayik sadəcə bir kloundur”.

KONKRET.az xəbər verir ki, bu fikirlərin özünün facebook səhifəsində Erməni fəal Hrant Avetisyan yazıb.

O daha sonra fikirlərini belə ifadə edib:

“O hadisədən üç il keçir, indi Arayik bahalı, zirehli “Toyota Land Cruiser 200”də gəzir. Hökumətin, Milli Məclisin qarşısında onu həmişə silahlı şəxslərlə dolu olan maşınlar qarşılayır. Amma Arayiki qoruyan polislər “Uaz”da gəzirlər ki, bir az da güclü külək əssə, bu maşınlar dərədən aşar. Başa düşürsüzmü, Arayik “Stepanakert”in (Xankəndinin – red.) küçələrini bu zirehli maşınla dolanarkən, bizim müdafiə qüvvələrimizin zabitləri, uşaqlar düşmənin burnunun altından “Uaz”la keçirlər”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

  • Vuqar
    Mart 6, 2023 - 14:20

    Müharibə qaçılmazdır tüpürmək lazımdır Avropa ..dəyərlərinə..! Dünyada onsuzda ədalət yoxdur!

Vuqar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*