Trampdan Kiyevə AĞIR ZƏRBƏ: Ukrayna ərazilərini itirəcək, çünki Zelenski…backend

Trampdan Kiyevə AĞIR ZƏRBƏ: Ukrayna ərazilərini itirəcək, çünki Zelenski...

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı açıqlamalar verib. O, bildirib ki, Ukrayna tərəfi ərazilər itirməyə davam edir və yalnız Qərb silahları sayəsində döyüş apara bilir.

KONKRET.az-ın xəbərinə görə, Tramp deyib ki, ABŞ silahları NATO-ya satır. Daha sonra isə bu silahlar Ukraynaya paylanır.

ABŞ prezidenti həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskini “hiyləgər insan” adlandırıb və 2025-ci ilin əvvəlində Ağ Evdə keçirilən görüş zamanı onun “aqressiv davrandığını” iddia edib.

Bununla yanaşı, Tramp əvvəlki administrasiyanın Kiyevə göstərdiyi yardımı tənqid atəşinə tutaraq, 350 milyard dollarlıq silah yardımını “gülünc” adlandırıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*