Avropa əslində ABŞ-ın nəzarətində olan bir qitədir – Kremlbackend

Avropa əslində ABŞ-ın nəzarətində olan bir qitədir - Kreml

Rusiyanın guya Avropa üçün təhlükə yaratması ilə bağlı bəyanatlarla razı deyilik.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Kremlin sözcüsü Dmitri Peskov bildirib.

O, qeyd edib ki, reallıqda hər şey tam əksinədir.

“Rusiya Avropa üçün təhlükə yaratmır – Avropa Rusiya üçün təhlükə yaradır”, – Peskov deyib.

Peskov Avropanın əslində ABŞ-ın nəzarətində olan bir qitə olduğunu qeyd edib.

“Aİ ölkələri bütün hərbi gücü ilə sərhədlərimizə doğru irəliləyən NATO-da iştirak edir”, – diplomat əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*