Avropa İttifaqı Ermənistana 14,2 mln. avro qrant veribbackend

Avropa İttifaqı Ermənistana 14,2 mln. avro qrant verib

Avropa İttifaqı Ermənistana 14,2 milyon avro qrant verib.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın müşaviri Mane Adamyan bildirib.

Onun sözlərinə görə, bu məbləğin 6 milyon avrosu baş nazirin müavininin ofisi tərəfindən pandemiyanın nəticələrinin aradan qaldırılmasının reallaşmasına və ölkənin sosial-iqtisadi dayanıqlılığının güclənməsinə yönəldiləcək. O qeyd edib ki, bu, ikitərəfli qrantlar proqramı çərçivəsində köçürülən sonuncu tranşdır.

Avropa İttifaqı sözügedən layihə çərçivəsində son iki ildə Ermənistana 30 milyon avro ayırıb.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*