“Aİ Rusiya ilə təhlükəsizlik dialoquna hazır deyil”.
KONKRET.az xəbər verir ki, Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov bu barədə “Rossiya 24” telekanalına müsahibəsində deyib. O bildirib ki, Rusiya tərəfi Aİ-nin Moskva ilə təhlükəsizlik dialoquna hazır olduğuna dair heç bir əlamət görmür:
“Bu gün onlar bizimlə təhlükəsizlik sahəsində dialoqa hazır deyillər. Bizim çoxlu müxtəlif formatlarımız, danışıq platformalarımız var idi. Lakin hazırda biz Aİ-dən hazırlıq əlamətləri görmürük”, – Çijov vurğulayıb.
Xatırladaq ki, daha öncə Çijov avropalıların tezliklə Aİ hakimiyyət orqanlarının yanlış qərarlarının nəticələri ilə üzləşəcəklərini açıqlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
