“Soyuq müharibə başa çatdıqdan sonra Avropa ölkələrində silahlı qüvvələrin sayı 2,5 dəfə azalaraq 1,3 milyon nəfərə düşüb”.
KONKRET.az bildirir ki, bu barədə Amerikanın “Politico” qəzeti məlumat yayıb.
Qeyd edilir ki, Avropa İttifaqı silahlı münaqişə zamanı ABŞ-nin dəstəyi olmadan Rusiya ilə müharibə aparmaq potensialına malik deyil.
Nəşrin qənaətinə əsasən, ABŞ-nin keçmiş prezidenti Donald Trampın Vaşinqtonun Avropa müttəfiqlərinə dəstəyini azaltmaq niyyəti ilə bağlı bəyanatları həmin ölkələrinin rəsmiləri arasında təşviş yaradıb.
Fatimə Lətif,
KONKRET.az
