Avropa Şurasının Ekspert Şurası Gürcüstan parlamentinin qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanunla bağlı tənqidi rəyini dərc edib.
KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, 25 səhifədən, 164 bənddən ibarət olan rəydə qanun ətraflı təhlil edilib.
Rəydə bildirilib ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun Avropa standartları ilə ziddiyyət təşkil edir. Çünki bu qanun birliklərin azadlığına təsir göstərəcək. Onun geriyə qüvvəyə malik olmasına, həmçinin şəxsi məlumatı təqdim etməyə məcbur etməsinə və ictimai ola biləcəyinə xüsusi diqqət yetirilir.
“Bir təşkilatların yalnız maliyyə mənbəyi əsasında xarici dövlətin maraqlarına xidmət etməsi ilə bağlı iddialar istər-istəməz onların əsassız damğalanmasına gətirib çıxaracaq”, – deyə rəydə nəzərə çatdırılıb.
Xatirə SADİQ,
KONKRET.az
