“Avstraliya bölgədə sülhə doğru irəliləyişi sürətləndirmək üçün Fələstin dövlətini tanıya bilər”.
KONKRET.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Penni Vonq deyib.
“Bununla belə, Həmas bu dövlətin idarə olunmasında heç bir rol oynamamalıdır”, – deyə Penni Vong əlavə edib.
Həm Avstraliyadakı siyasi müxalifət, həm də Avstraliya Sionist Federasiyası bu addımı vaxtından əvvəl adlandırıb.
