Avstriya HƏMAS-ın İsrailə hücumuna cavab olaraq fələstinlilərə ümumi dəyəri 19 milyon avro olan yardımı dayandırdığını açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq məlumat verib.
Neytral Avstriyanın hakim mühafizəkarları son illərdə Avropa İttifaqında ən çox İsrailyönlü mövqelərdən birini tutublar.
Məlumata görə, HƏMAS-ın Qəzza zolağından hücumundan sonra İsrail bayrağı kansler ofisi və Xarici İşlər Nazirliyinin binası üzərində qaldırılıb.
“Terrorun miqyası o qədər dəhşətlidir ki, biz normal işə qayıda bilmirik. Buna görə də biz Avstriyanın inkişaf sahəsində əməkdaşlığından gələn bütün ödənişləri hələlik donduracağıq”, – Şallenberq deyib.
Qeyd edək ki, Almaniya daha əvvəl HƏMAS hücumundan sonra fələstinlilərə yardımı kəsib-kəsməyəcəyi ilə bağlı müzakirələr aparmışdı.
Ariz Həsənoğlu,
KONKRET.az
