Kanadanın Şimal-Qərb Ərazilərində yanğınsöndürənləri daşıyan təyyarə qəzaya uğrayıb.
KONKRET.az xəbər verir ki, meşə yanğınlarının monitorinqi və söndürülməsi əməliyyatlarında istifadə olunan Turbo Commander 960 Bird Dog 104 tipli təyyarə Fort Simpson şəhərindən təxminən 50 kilometr aralıda yerə çırpılıb.
Məlumata əsasən, təyyarədə olan yanğınsöndürənlər bölgədə davam edən meşə yanğınlarının söndürülməsi əməliyyatına cəlb olunmuşdular. Qəza nəticəsində onların həlak olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır./ajansaz
