Rusiyadan Ermənistana növbəti QADAĞAbackend

Rusiyadan Ermənistana növbəti QADAĞA

Rusiya Ermənistandan balıq və balıq məhsullarının tədarükünə tətbiq etdiyi məhdudiyyətləri daha da sərtləşdirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”a istinadən TASS agentliyi məlumat yayıb.

Məlumata görə, nəzarət qurumu əvvəllər aşkar olunan pozuntular aradan qaldırılanadək daha iki erməni müəssisəsinin məhsullarının baytarlıq sertifikatlaşdırılmasını müvəqqəti dayandırıb.

Bununla da, Rusiyaya ixracı davam etdirən son iki Ermənistan müəssisəsi də məhdudiyyətlərə məruz qalıb.

Nəticədə, ölkənin bütün balıq məhsulları istehsalçılarının Rusiyaya ixracı dayandırılıb.

Beləliklə, hazırda Ermənistandan Rusiyaya balıq və balıq məhsullarının tədarükü tamamilə dayandırılıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*