Hindistanın Maharaştra ştatında avtobus yanıb.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 25 nəfər ölüb.
Bildirilib ki, yanğın yerli vaxtla saat 02:00-da baş verib.
Polisdən verilən məlumata görə, içərisində 32 sərnişin olan avtobus Yavatmal şəhərindən Pune şəhərinə gedirmiş.
Hadisənin səbəbi hələlik məlum deyil.
İqbal Rzayev,
KONKRET.az
