Ukrayna dronu Türkiyə ərazisinə düşərək partladıbackend

Ukrayna dronu Türkiyə ərazisinə düşərək partladı

Ukraynaya məxsus FP-1 kamikadze dronu Türkiyənin şimal-şərqindəki Rize əyalətində qəzaya uğrayıb və partlayıb.

KONKRET.az xəbər verir ki, PUA Çayeli rayonunda qəzaya uğrayıb. Pilotsuz təyyarənin qəzaya uğraması barədə məlumatı aldıqdan sonra mütəxəssislər axtarış aparıb və ərazini araşdırıblar.

Araşdırma zamanı qəzaya uğrayan obyektin Fire Point tərəfindən istehsal olunmuş Ukrayna istehsalı olan FP-1 kamikadze dronu olduğu müəyyən edilib.

Partlama nəticəsində evlərdən birinin pəncərə şüşəsi zədələnib. Xəsarət alan olmayıb və ciddi ziyan dəyməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*