Avtomobil kanala düşdü, ölən və yaralanan varbackend

Avtomobil kanala düşdü, ölən və yaralanan var

Hacıqabulda ata və oğlun olduğu avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb.

KONKRET.az-ın məlumatına görə, hadisə Hacıqabul rayonunun Abdulabad kəndidə qeydə alınıb.

Rayonun Kolanı kənd sakini, 1996-cı il təvəllüdlü Ağayev Azad Əlizamin oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtombil yoldan çıxaraq kanala aşıb. Nəticədə avtobildə olan sərnişin – sürücünün atası, Kolanı kənd sakini, 1958-ci il təvəllüdlü Ağayev Əlizamin Soltan oğlu avtomobilin içində boğularaq hadisə yerində ölüb. Qəza zamanı xəsarət alın sürücü Şirvan xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*