Azad olunan Xersona ilk olaraq ÇEÇENLƏR DAXİL OLUBbackend

Azad olunan Xersona ilk olaraq ÇEÇENLƏR DAXİL OLUB

Xerson azad ediləndə şəhərə ilk girən çeçenlərin eşalonu olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Qafqaz bürosu məlumat yayıb. Bildirilir ki, Xersona Ukrayna tərəfdən ilk daxil olan içkeriyalılar olub.

“OBON Xerson vilayətinin bir hissəsinin azad edilməsində iştirak edib. Cəbhəyanı kəndlərin sakinlərinin dediyinə görə, Ukrayna tərəfdən ilk daxil olan içkeriyalılar olub”, – nəşr yazıb.

Bu il iyunun 28-də Kiyevdə imzalanmış “Ukrayna və Çeçenistan-İçkeriya Respublikası hərbi idarələri arasında qarşılıqlı yardım və dəstək haqqında Saziş” sənədinə əsasən, Ukrayna Müdafiə Nazirliyinin vasitəçiliyi ilə Ukrayna Beynəlxalq Legionunun tərkibində Çeçen OBON strukturlarının fəal qrupu yaradılıb.

“Batalyonun döyüşçülərinin əksəriyyəti 2000-ci illərin əvvəllərində Rusiyanı tərk edən və Avropa ölkələrində leqallaşdırılan birinci və ikinci çeçen müharibələrinin iştirakçılarıdır”, – nəşr qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*