Ruslar qış turizmi üçün ən yaxşı 10 yeri müəyyən ediblər. Azərbaycan və Özbəkistan birinci yerdə qərarlaşıb.
KONKRET.az xəbər verir ki, “Yandex Travel” xidmətinin analitikləri 2023-cü ilin qış aylarında rusların turizm səyahətlərini otellərin rezervasiyası və aviabilet axtarışları ilə bağlı məlumatları təhlil etməklə müəyyənləşdiriblər.
2023-2024-cü illərdə rusların qış səfərlərinin 50%-dən çoxu Asiya ölkələrinə (keçən il – 42%) təşkil edəcək. Yaxın ölkələrin payı 8 faiz azalıb (keçənilki 24%-dən 16%-ə qədər). 2023-cü ilin qışında uzunmüddətli beynəlxalq səyahətlər üçün ən populyar istiqamətlər Tayland, Özbəkistan, Türkiyə, Hindistan və Azərbaycandır. Qırğızıstan, Şri-Lanka, İndoneziya, Ermənistan və Vyetnam da ön yerlərdədir. Qış səyahətləri üçün şəhərlər arasında ruslar ən çox Banqkoku (gediş-dönüş uçuşunun orta qiyməti – 69 577 rubl), İstanbul (39 902 rubl), Bakı (29 042 rubl) və Dehlini (43 120 rubl) seçirlər.
Bu il Azərbaycana (71%), Taylanda (42%) və Şri-Lankaya (41%) səyahət tələbi əhəmiyyətli dərəcədə artıb. BƏƏ (21%), Ermənistan (15%), Türkiyə (10%), Azərbaycan (5%) və Hindistana (4%) uçuş biletlərinin qiymətləri düşüb.
Orta hesabla ruslar isti ölkələrdə təxminən dörd həftə istirahət etməyi planlaşdırırlar. Misir və Tacikistana səfərlərin orta müddəti digər ölkələrlə müqayisədə daha yüksəkdir – 32 gün. Xarici ölkələrə uzun səfərlərin getdikcə populyarlaşması uzaqdan iş imkanları və qışı daha rahat iqlimdə keçirmək istəyi ilə bağlıdır.
Ostrovok.ru xidmətinin əvvəlki təhlili göstərir ki, 2023-cü ildə Yeni il şənlikləri üçün xaricdə kirayə evlərə tələbat keçənilki rəqəmləri 23% üstələyir. Minsk lider mövqedə olsa da, İstanbul ən çox sifariş edilən ikinci şəhərdir.
Natiq Səlim,
KONKRET.az
