Azərbaycan elminin cəlladı Şeyx Nəsrullah rolunda – ONU TANIYAQ!backend

Azərbaycan elminin cəlladı Şeyx Nəsrullah rolunda - ONU TANIYAQ!

Surxay Atakişiyev

Günümüzün “qəhrəmanı” sözsüz ki, Ramiz Mehdiyevdir. Bu gün ictimai fikirdə ən çox müzakirə edilən ik məsələdən biri Ramiz Ənvəroviçin keçmiş və bu günki fəaliyyətidir. Və sağ olsun ki, o da gündəm yaratmaqda davam edir. Məsələn, bu gün Bakı Kommersiya Məhkəməsində “Fireland Vineyards” MMC-nin rəhbəri Elmar Çingiz oğlu Səidovun Qalina Yuriyevna Mehdiyevaya qarşı iddiası üzrə hazırlıq iclası keçirilib.

Yada salaq ki, Qalina Yuriyevna Ramiz Mehdiyevin ömür-gün yoldaşıdır. Yəqin ki, sabah da onunla bağlı daha bir “şok” xəbər bizi gözləyir. Mən bilmirəm bu yaşda Ramiz Ənvəroviçin gündəmdə olmaq istəyi nə ilə bağlıdır? Çünki gündəmdəki məsələlər onu daha çox gözdən salır, ona qarşı daha çox nifrət oyadır. Amma bununla belə bu adam iddiasından, mənəm-mənəmliyindən qalmır.

Azərbaycan Milli Elmlər Akademiyasına prezident təyin olunandan sonra Ramiz Mehdiyev buranı özünün şəxsi laboratoriyasına çevirib. Gündə bir sınaq aparır, gündə bir eksperiment eləyir. Və təbii ki, atdığı addımlar cəmiyyətdə də, elm aləmində də birmənalı qarşılanmır. Əsasən tənqid obyektinə çevrilir. Amma o dayanmır. Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoyur. Bununla da islahatçı akademik imici yaratmaq istəyir. Amma bu adam bir şeyi unudur ki, Azərbaycan elminin Fatihəsi çoxdan verilib. Və bu Fatihəni də Ramiz Ənvəroviç özü oxuyub.

Çünki hakimiyyətin “boz kardinalı” olduğu müddətdə Azərbaycan elminin kökünü qaşıyanlardan biri və bəlkə də birincisi Ramiz Mehdiyev olub.  Çünki o hər zaman ölkəmizdəki “5-ci kolon”un rəhbəri kimi anılıb. “5-ci kolon” isə istəməz ki, Azərbaycanda elm inkişaf etsin, elmi kəşflər olsun, Azərbaycan alimləri dünyaya ötən əsrdə olduğu kimi yeni-yeni töhfələr versin. Bəli, Ramiz Mehdiyev Azərbaycan elminin qatilidir. O bir cəllad kimi zaman-zaman Azərbaycan elminin ürəyinə neştər soxub, xəstə salıb. İndi isə can üstə olan xəstənin qol-qanadını kəsir.

Məndə belə bir əminlik var ki, Ramiz Ənvəroviç AMEA-nın sonuncu prezidenti olacaq. Çünki uzun illərdir ki, bu elm ocağı lazımsız bir qurum kimi dövlət büdcəsinə artıq yük olub. Daha doğrusu, AMEA Azərbaycan cəmiyyətinin apentsidinə çevrilib. Və çirk bağlamış yaranın kəsilib atılması artıq zərurətdir. Baxmayaraq ki, Akademiyanın zamanında müalicə etmək olardı. Ayaqda saxlamaq mümkün idi. Amma “boz kardinal” buna imkan vermədi. Çünki ona başqa tapşırıq verilmişdi.

Bildiyimiz kimi, istənilən elmi nailiyyət sosial inkişafa təkan verir. Elm cəmiyyəti və iqtisadiyyatı irəli aparır. Amma son 25 ildə AMEA-nın çoxsaylı elmi-tədqiqat institutlarının hansısa səmərəli təklifinin istehsalatda nə uğurlu tətbiqini görmüşük, nə də ki beynəlxalq aləmdə əks-sədasını eşitmişik. Amma “elm adamı” olan Ramiz Ənvəroviç zamanında istəsəydi, elmlə istehsalatın vəhdətinə nail ola bilərdi.

Çünki o son 25 ildə qeyri-rəsmi hakimiyyətin ikinci siması olub. Amma o xarici himayədarlarından göstəriş almışdı ki, Azərbaycan elmi məhv edilsin, işıqlı, zəkalı insanlara qarşı mənəvi və fiziki terror həyata keçirilsin. Fikrimin sübutu üçün deyim ki, dünyada tanınmış elm adamlarının terror qurbanı olmasına çox nadir hallarda rast gəlinir. Amma bizim yaxın tariximizdə elmimizin iki magikanı – Ziya Bünyadov və Fərəməz Maqsudov məhz terrorun qurbanı oldu. Və cəmiyyətimizdə hər zaman belə söhbətlər gəzib ki, Akademiklərimizin qatilləri hələ də azadlıqdadır. Hələ dünya şöhrətli  Rafiq Əliyev kimi alimlərimizin mənəvi terrora məruz qalmasını demirəm… Mənə elə gəlir ki, istər fiziki, istərsə də mənəvi terrorlarda Ramiz Mehdiyevin çox böyük məsuliyyəti var. Ən azından mənəvi məsuliyyəti.

Fiziki və mənəvi terror hesabına məhv edilən Azərbaycan elminə bu gün Ramiz Mehdiyev Şeyx Nəsrullahlıq edir. Guya ki, öldürülmüş elmimizi bu yenidən dirildəcək. Amma bu, mümkün deyil. Şeyx Nəsrullanın məqsədi ölüləri diriltmək deyildi. Və istəsəydi də ölüləri dirildə bilməzdi. Çünki ölüləri diriltmək qüdrəti yalnız Tanrıya məxsusdur.

İndi əziz oxucular, Siz deyin, Ramiz Mehdiyev Azərbaycan elminin Tanrısıdır, yoxsa cəlladı?!….

KONKRET.az

  • Mehdi
    Fevral 20, 2021 - 14:20

    Azərbaycan elmi bədbəxt günə qalib. Təcili Akademiya ləğv edilməlidir. Hər il akademiyaya ayrılan pullar çölə tökülən pullardır.

Mehdi üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*