Beş güləşçimiz AÇ-də mübarizəyə başlayırbackend

Beş güləşçimiz AÇ-də mübarizəyə başlayır

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

KONKRET.az xəbər verir ki, bu gün Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə qoşulacaq.

Nurəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq), Ali Tsokayev (92 kq), Giorgi Meşvildişvili (125 kq) qitə birinciliyində çıxış edəcək.

İslam Bazarqanov qızıl, Cəbrayıl Hacıyev bürünc medal üçün mübarizə aparacaq.

Rəşid Babazadə isə təsəlliverici görüşə qatılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*