Azərbaycan millisi FİFA reytinqində 1 pillə irəlilədibackend

Azərbaycan millisi FİFA reytinqində 1 pillə irəlilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

KONKRET.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycan millisi son reytinqlə müqayisədə 1 pillə irəliləyib.

Canni De Byazinin baş məşqçisi olduğu komanda 1147 xalla 120-ci pillədə qərarlaşıb.

Azərbaycan millisi bu ay Avro-2024-ün seçmə mərhələsində Estoniyaya 2:0 hesabı ilə qalib gəlib, Avstriyaya 0:1 hesabı ilə uduzub.

İlk 3-lükdə dəyişiklik olmayıb. Son dünya çempionu Argentina siyahıda 1-ci pillədə (1851 xal) qərarlaşıb. Fransa 2-ci (1840), Braziliya 3-cü (1837) pillədə yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*